“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı

  • Layihə
  • Foto


2025-ci il fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçirilib.

 

“Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq təşkil olunub.

 

Festivalda Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər. Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim edilib, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunub.


01- Qabala- festival-achilish.jpg
05- Qabala festival- nazir muavini S Yusifova.jpg
016- Qabala- festival.jpg
019- Qabala- festival.jpg
022- Qabala- festival.jpg
024- Qabala- festival.jpg
30.jpg
31.jpg
32.jpg
33.jpg