Ağamid orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdıb və Bakıda bərbər işləməyə başlayıb.
44 günlük Vətən müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib.
Döyüşdə böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, könüllü əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra
"Füzulinin azad olunmasına görə" ,
"Xocavəndin azad olunmasına görə" ,
"Vətən uğrunda" və
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.