Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon İcra Hakimiyyəti vakant inzibati vəzifələrin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edir.

14 iyul 2025 | 11:08

Dövlət İmtahan Mərkəzi tərəfindən  dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 14 iyul 2025-ci il tarixində müsabiqənin müsahibə mərhələsi elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 12 avqust 2025-ci il tarixi, saat 18:00-dək davam edəcək. 

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=574

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=575

 

Əlavə məlumat:

·         Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

·         Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Keçidlər