Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir.

01 noyabr 2025 | 14:07

Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və Quba 1 saylı Mediasiya təşkilatının birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü  ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova,  Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Ramil İsmayılov,  YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Mediasiya Şurasının İdarə heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri Hümmət Əliyev,  Vətən Naminə - Şəhid Ailələrinə dəstək İB-nin  sədri - şəhid anası Tünzalə Abduləlimova iştirak etmişdir. Tədbirdən əvvəl qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdur. Tədbirdə  çıxışçılar tərəfindən Zəfər Gününün əhəmiyyətinə və bununla bağlı digər mövzulara toxunulmuş, həmçinin müvafiq müzakirələr aparılmışdır.

Keçidlər