ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

05 noyabr 2025, 13:24

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır. Ərazilərin azad edilməsi xüsusən də Azərbaycan xalqının və bütün İslam dünyasının kimliyini, mənəvi dəyərlərini təmsil edən mədəni irs sahəsində mühüm bərpa prosesinə yol açmışdır.

Bu baxımdan, ICESCO-nun azad edilmiş ərazilərə son illərdə iki beynəlxalq texniki missiya göndərdiyini və onların vəziyyəti yerində qiymətləndirdiyini, işğal zamanı zərər dəymiş mədəni irsin qorunması və bərpası üçün tövsiyələr verdiyini məmnuniyyətlə xatırlayıram. Biz bu səyləri təkcə Azərbaycanın deyil, bütün dünyanın münaqişədən sonrakı bölgələrində mədəni irsin qorunması üçün bir model kimi son dərəcə əhəmiyyətli hesab edirik.

Qarabağa hər səfərim zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izləmişəm. Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur.
Bu mühüm nailiyyətlər Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir.

Zati-aliləri, bu şanlı Zəfər bayramı münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

 

Səlim bin Məhəmməd əl-Malik

ICESCO-nun Baş direktoru

SƏNƏDLƏR Fərmanlar 04 noyabr 2025
16:32
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası...

04 noyabr 2025, 16:32
SƏNƏDLƏR Qanunlar 04 noyabr 2025
16:30
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                          

2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində...

04 noyabr 2025, 16:30